” Qafqazın Stomatoloji Yenilikləri “ elmi-praktiki jurnalı tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edir.11.12.1998-ci il Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi Dövlət Qeydiyyatına alınıb (№ 64).
Beynəlxalq ISSN Mərkəzində (Paris, Fransa) qeydiyyatdan keçərək mətbu orqan kimi ISSN 2664-1089 nömrəsi ilə nəşr statusu qazanıb.
” Qafqazın Stomatolojı Yenilikləri “ açıq girişə malik (open access) və resenziyalı elmi jurnaldır. Jurnal nəşr etikası siyasətini Nəşr Etikası Komitəsinin (The Committee on Publication Ethics – COPE) tövsiyələri və standartları əsasında qurur. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında məqalələrin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlər” qarşısında qoyulan yeni tələbləri əsasında qurulmuşdur. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb elmləri elm sahəsi üzrə dissertasiyaların əsas nəticələrinin dərc olunmasını tövsiyə etdiyi dövri elmi nəşrlər siyahısındadır.Jurnal ildə 1 dəfə nəşr olunur.
Təsisçi:Azərbaycan Stomatoloji Assosiasiyası
Rəna Əliyeva — əməkdar elm xadimi, əməkdar həkim, tibb elmləri doktoru, Azərbaycan Stomatoloji Assosiasiyasının (ASA) prezidenti. Cənubi Qafqaz və Azərbaycanda “Qafqazın Stomatoloji yenilikləri” ilk tibbi beynəlxalq jurnalının təsisçisi və baş redaktorudur.
Azərbaycan Tibb Universitetinin uşaq stomatologiyası kafedrasının müdiri, Azərbaycan Tibb Universitetinin Elmi Şurası, Stomatologiya fakültəsinin Elmi Şurası, Dissertasiya Şurasının üzvüdür. R. Əliyeva 4 dərslik, 10 dərs vəsaiti daxil olmaqla 200-dən çox elmi əsərin müəllifidir, əsərləri dünyanın müxtəlif ölkələrində nəşr edilmişdir. Onun rəhbərliyi altında 1 doktorluq, 10 namizədlik dissertasiyası tamamlanmış, hazırda isə 2 doktorluq dissertasiyası icra olunur. R. Əliyeva geniş diapozona malik olan bir elm adamı olaraq, 2005-ci ildə Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının (Kanada, Monreal), 2007-ci ildə isə ABŞ-nin Beynəlxalq Stomatologiya Akademiyasının (Academy of Dentistry International, USA) üzvü seçilmişdir. R. Əliyeva Rusiyanın “Маэстро стоматологии”, Özbəkistanın “Стоматология” jurnallarının redaksiya heyətinin üzvüdür. Ümümdünya Diş Həkimliyi Federasiyasının (FDİ) Parlament üzvüdür.